Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qarabağda ermənilərə silah paylanacaq? - Araik bəyan etdi

Qarabağda ermənilərə silah paylanacaq? - Araik bəyan etdi

Tarix: 11 Noyabr 2021 14:09

"44 günlük müharibə başa çatandan sonra qarabağlı ermənilərin təhlükəsizliyinin təminatı üçün çox işlər görülüb".

Qarabağda Rusiyanın sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdə olan separatçı rejimin rəhbəri Araik Harutyunyan Facebook səhifəsində belə yazıb.

Onun sözlərinə görə, ən yaxın vaxtlarda qarabağlı ermənilərin odlu silah almalarına "qanun çərçivəsində icazənin verilməsini" tənzimləyəcək qərar qəbul olunacaq.

A.Harutyanyan onu da vurğulayıb ki, qarabağlı ermənlərin "hüquq-mühafizə orqanlarının əməkdaşları" yolların və təmas xəttinin yaxınlığında aparılan işlərin təhlükəsizliyinin təminatında iştirak edəcəklər.

Separatçı rejimin rəhbəri rusiyalı sülhməramlıların nəzarətində olan ərazilərdə yaşayan ermənilərə odlu silah paylanılacağını aşkar şəkildə bildirib.

Halbuki bu açıqlama ötən ilin noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın preambulası ilə şərtlərinə kökündən ziddir.

Sözügedən ərazilərdə Ermənistan Müdafiə Nazirliyinin hərbçilərinin hələ də qaldıqlarını nəzərə alsaq, ermənilərin üçtərəfli bəyanatın şərtlərini heçə saymalarına Rusiyanın sülhməramlı kontingentinin komandanlığının bunca sakit və laqeyd yanaşması çoxsaylı suallar doğurur.


Etiketlər:  Qarabağda ermənilərə silah paylanacaq Araik bəyan etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ