Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Noyabr 2021 19:26
Bizim Suriya Demokratik Qüvvələri (SDQ) ilə tərəfdaşlığımız yalnız İŞİD-lə mübarizəyə əsaslanır.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu haqda Pentaqon sözçüsü Con Kirbi YPG/PKK-nın lideri Fərhad Abdi Şahinin Türkiyənin Suriyada yeni hərbi əməliyyat keçirəcəyi təqdirdə ABŞ-ın SDQ-nin təhlükəsizliyinə təminat verəcəyilə bağlı açıqlamasına cavab olaraq deyib.
Pentaqon sözçüsü Abdi Şahinin sözügedən müsahibəsini ilk dəfə eşitdiyini və bunun təmsil etdiyi qurumla ilə heç bir əlaqəsi olmadığını söyləyib:
"Bunu deməkdən bezdim, amma yenə də deməyimdə fayda var. Suriyada SDQ ilə əməkdaşlığımız sadəcə İŞİD-ə qarşı mübarizə çərçivəsindədir. İŞİD-lə mübarizə və bu ortaqlıq davam edir, çünki təhdid var."