Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Noyabr 2021 20:50
Bu gün futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində IX tura start veriləcək.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, ilk oyun günündə 4 qrupda 10 matç keçiriləcək.
Millimizin də yer aldığı A qrupunda Portuqaliya İrlandiya üzərində səfər qələbəsi ilə qrupda yenidən liderliyi ələ ala bilər. Çünki hazırkı lider Serbiya bu gün Qətərlə qeyri-rəsmi oyuna çıxacaq.
B qrupunun lideri İsveç Gürcüstana səfərdə qalib gəlsə, Qətərdəki final mərhələsinə vəsiqəni vaxtından əvvəl təmin edə bilər. Bunun üçün üçqat Avropa çempionu İspaniya da Yunanıstan səfərində qələbə qazanmamalıdır. Batumidəki görüşdə 40 yaşlı Zlatan İbrahimoviçin yığmaya dönüşü rəsmiləşəcək.
H qrupundakı Rusiya da DÇ-2022-də iştirakını rəsmiləşdirə bilər. Valeri Karpinin baş məşqçi olduğu komanda bundan ötrü evdə Kipri məğlub etməli və Xorvatiyanın Malta səfərində büdrəməsini gözləməlidir.
J qrupunda İrəvanda keçiriləcək Ermənistan - Şimali Makedoniya görüşü isə qrup ikinciliyi uğrunda əhəmiyyətli matçlardan sayılır.
DÇ-2022-nin seçmə mərhələsi
IX tur
A qrupu
21:00 Azərbaycan - Lüksemburq
23:45 İrlandiya - Portuqaliya
B qrupu
21:00 Gürcüstan - İsveç
23:45 Yunanıstan - İspaniya
H qrupu
21:00 Rusiya - Kipr
23:45 Malta - Xorvatiya
23:45 Slovakiya - Sloveniya
J qrupu
21:00 Ermənistan - Şimali Makedoniya
23:45 Rumıniya - İslandiya
23:45 Almaniya - Lixtenşteyn