Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Noyabr 2021 23:08
Mahmud Əhmədinejad Əli Xameneini "Şeytan" adlandırıb.
Bu sözləri İranın keçmiş prezidenti Mahmud Əhmədinejad çıxışında Əli Xameneini nəzərdə tutaraq deyib.
"Çox vaxt şeytan insan cildində insanlar arasına gələ bilər, o, zahirdə insan olsa da, daxilinə baxdıqda onun əslində şeytan olduğunu görürük".
Sonxeber.net bildirir ki, daha sonra o, sözlərinə belə davam edib: "Xalqın yoxsul vəziyyətdə yaşamasına razı olanlar (İran hökuməti-red), indi sizdən soruşuram, insandırlar yoxsa şeytan?! Onlar az qalırlar ki, "biz Allahın nümayəndəsiyik" desinlər. Yüz dəfələrlə deyək, Allah şeytana lənət etsin, Allah onu yox etsin, Allah bütün şeytanlara lənət etsin!".
Əhmədiçejad xalqın səfalət içərisində yaşamasının əsas səbəbini hökumət rəhbərlərinin yarıtmaz işində görür.
"Allah insanları yaradıb ki, biri digərinə tabeçilik göstərsin? Yox, Allah insanları tək-tək azad yaradıb. Əslində insanın digər məxluqlardan fərqi elə bundadır ki, insan ixtiyar sahibidir", - deyə o əlavə edib.