Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nahidə Babaşlı gizlin ərə getdi - FOTO

Nahidə Babaşlı gizlin ərə getdi - FOTO

Tarix: 12 Noyabr 2021 15:30

Sosial şəbəkələr vasitəsilə məşhurlaşan, daha sonra Türkiyədə populyarlaşan müğənni Nahidə Babaşlı gizli ailə qurub.

Milli.Az oxu.az-a istinadla bildirir ki, sənətçi bir neçə ay öncə Türkiyə vətəndaşı Serkan Küçükceylanla ailə qurub.
 
Cütlük pandemiya səbəbilə toy etməyib və nikah bağlayıb.

Nahidə Babaşlı evləndiyini gizlətməyi üstün tutub, Serkan Küçükceylan onunla birgə fotolarını izləyiciləri ilə bölüşsə də, ifaçı həyat yoldaşı ilə bağlı paylaşım etməyib.

Qeyd edək ki, Nahidə Babaşlı bu il keçiriləcək "Altın Kelebek" mükafatlarına "Azərbaycanın parlayan gənc ulduzu" kateqoriyasında namizəddir.

Milli.Az


Etiketlər:  Nahidə Babaşlı gizlin ərə getdi FOTO


RƏYLƏR