Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Noyabr 2021 15:48
19 yaşadək futbolçular arasında Azərbaycan çempionatının "Neftçi" İK İB - "Sumqayıt" oyununda kütləvi dava baş verib.
Sonxeber.net AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Sumqayıt"ın futbolçusu Sədrəddin Hüseynzadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşarkən rəqibə yumruq atıb və hakimi təhqir edib.
Matç bitdikdən sonra isə qonaq komandadan Fərdi Abbasov, meydan sahiblərindən Cavanşir Tahirov və Müseyib Beydiyev kütləvi dava-dalaşda iştirak eib.
AFFA İntizam Komitəs hər 4 futbolçunu 6 oyunluq cəzalandırıb.