Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pensiya üzrə ödənişlər artıb

Pensiya üzrə ödənişlər artıb

Tarix: 13 Noyabr 2021 14:44

2021-ci ilin yanvar-oktyabr aylarında pensiya təminatı istiqaməti üzrə 3 mlrd. 848 mln. manat vəsait ödənilib ki, bu da keçən ilin eyni dövrünə nisbətən 3,1% və ya 117 mln. manat çoxdur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, pensiyaların orta aylıq məbləği isə 10% artaraq 331 manat, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 8,5% artaraq 358 manat təşkil edib.

2019-cu ilin əvvəlindən ölkəmizdə pensiyaların təyinatı elektronlaşdırılıb. Nəticədə vətəndaşların pensiya hüququ yarandığı halda müraciətlərinə və sənəd təqdim etmələrinə ehtiyac qalmadan, onlara e-sistemlər üzərindən proaktiv şəkildə pensiya təyin edilir. Ötən dövrdə 46 min, o cümlədən 2021-ci ilin 10 ayında 20,3 min şəxsə pensiya təyinatı e-qaydada aparılıb.


Etiketlər:  Pensiya üzrə ödənişlər artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ