Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Noyabr 2021 13:54
26 yaşlı britaniyalı qız "Zoom" proqramı vasitəsi ilə tanış olduğu, lakin real həyatda heç vaxt görmədiyi 24 yaşlı ABŞ vətəndaşı ilə nikaha daxil olub.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, Aişə adlı qız lokdaun dövründə evdə darıxmamaq üçün müxtəlif internet icmalarla onlayn təmaslar qurub və belə görüşlərin birində Darri adlı oğlanla tanış olub.
Nəticədə sevgililər münasibətlərini rəsmiləşdirmək qərarı veriblər.
Darri evlilik təklifini məhz "Zoom" vasitəsi ilə edib.
Cütlüyün nikah mərasimi də "Zoom" proqramı vasitəsi ilə həyata keçirilib.
"Biz ailə həyatı qurmuşuq və hər şey tamamilə qanuni və rəsmidir. Mən hələ də buna inana bilmirəm", - Aişə bildirib.
Aişə bildirib ki, o, Darri üçün çox darıxır və tezliklə real həyatda görüşməyə çalışacaqlar.