Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Canni de Byazi Azərbaycanda İLİN FUTBOLÇUSUNU açıqladı

Canni de Byazi Azərbaycanda İLİN FUTBOLÇUSUNU açıqladı

Tarix: 15 Noyabr 2021 11:02

Canni de Byazi 2021-ci ildə Azərbaycanın ən yaxşı futbolçusunu açıqlayıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis Qətərlə yoldaşlıq oyunundan (2:2) sonra Emin Mahmudovla Mahir Emreli arasında seçim edib.

De Byazi yığmanın ən yaxşı bombardirini daha üstün sayıb: "2021-ci ilin ilk hissəsində Mahir "Qarabağ"ın qolçusu idi. Millidə bizimlə 14 oyun keçirdi, qol vurmadı. Hücumçunun əsas işi qol vurmaqdır. Bilmirəm, bəlkə Polşada bəxti gətirir, qol vurur. Bu gün də çox istəkli idi. Çox istəyi bəlkə də alınmamasına səbəb olur. Mənə görə, ilin ən yaxşısı Emin Mahmudovdur. Uzun fasilədən sonra "Neftçi" ilə çempion oldular. Mənim ilk vaxtlarımda da millidə oynamırdı. Onunla görüşümdən sonra hər şey dəyişdi. Onun yanaşması çox xoşuma gəldi".

Milli.Az


Etiketlər:  Canni de Byazi Azərbaycanda İLİN FUTBOLÇUSUNU açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ