Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ölkələri viran qoyan demokartiya dərsi keçir

Ölkələri viran qoyan demokartiya dərsi keçir

Tarix: 15 Noyabr 2021 17:12

ABŞ Prezidenti Co Bayden seçkiqabağı kampaniyasında verdiyi əsas vədlərdən birinə əməl etməyə hazırlaşır. Söhbət Demokratiyaya Dəstək Sammitindən gedir. Dəvət olunan dövlətlərlə bağlı işimiz yoxdur. Amma 30 il qonşusunun torpağını işğal altında saxlayan, insanları evindən-eşiyindən məhrum edən, Xocalı soyqırımını törədən bir dövlətin tədbirə dəvət olunması bir çox mətləblərdən xəbər verir. Sözsüz ki, demokratiya adı altında keçiriləcək sammitə əslində onun siyasətinə qeyd-şərtsiz dəstək verən, onunla hesablaşan dövlətləri dəvət etməsi bir çox mətləblərdən xəbər verir. İlk növbədə səbəb 44 günlük müharibə və Azərbaycanın bölgədə yaratdığı yeni geosiyasi vəziyyətdir. Azadlıq müharibəsinin yaratdığı qıcıq ortadadır.

Demokratiya forumu əslində ABŞ-ın öz cəbhəsini formalaşdırmaq üçün istifadə etdiyi vasitələrdən biridir. Məqsəd demokratiyadan çox, siyasidir. Dəvət olunan ölkələrin siyahısı da bunu göstərir. Türkiyə və Azərbaycanın dəvət edilməməsi, əvəzində Ermənistana dəvət göndərilməsi də bunun bariz nümunəsidir. Paşinyan ABŞ-ın sevdiyi "rəngli inqilab"la küçədən hakimiyyətə gəlib, lakin bu, onun demokrat olması demək deyil. Paşinyanın siyasi opponenti və jurnalist Yeqizaryanın həbsi, həbsxanada ölməsi bunun real nümunəsidir. Müharibədən öncə və sonra Ermənistan hakimiyyətinin media və siyasətçilərə qarşı addımları da bu ölkədə foruma dəvət ediləcək qədər demokratiyanın olmadığını göstərir. Dəvətli siyahısında Azərbaycan və Türkiyənin olmamasının səbəblərindən biri ABŞ-da və yeni administrasiyada erməni lobbisinin təsir imkanlarına malik olmasıdır.

ABŞ artıq demokratiya etalonu sayılmaq hüququnu itirib. İraqı dağıdan, Əfqanıstana girib, biabırçı şəkildə oranı tərk edən bir dövlətin demokratiya etalonu olması mümkün də deyil. Burada insan haqları, demokratiyanın real durumu əsas rol oynamır. Burada seçim gepolitikdir, yəni, daha artıq  dərəcədə Türkiyəyə Azərbaycana və digər dövlətlərə təsir etmək, onu diktə altında saxlamaq, yönləndirmək, region ölkələrinə qarşı onu yönləndirmək mümkün olmayanda mütləq bu cür xarakterli məsələlər meydana çıxır.

Kamran Seyidov
Milli.Az


Etiketlər:  Ölkələri viran qoyan demokartiya dərsi keçir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ