Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Noyabr 2021 09:36
Futbol üzrə Argentina millisinin baş məşqçisi Lionel Skaloni komandanın hücumçusu Messinin Braziliyaya qarşı oyunda iştirakı məsələsinə aydınlıq gətirib.
Sonxeber.net Oxu.az-a istinadən xəbər verir ki, o, PSJ futbolçusunun sambaçılarla qarşılaşmada meydanda olacağını açıqlayıb.
Qeyd edək ki, Messi zədə səbəbindən PSJ-nin iki oyununu buraxıb.
Yığmanın Uruqvayla son matçında isə o, yalnız 76-cı dəqiqədə meydana çıxıb.
Qeyd edək ki, Dünya çempionatının seçmə mərhələsi çərçivəsində baş tutacaq Braziliya-Argentina matçı noyabrın 17-də keçiriləcək.