Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vaksinasiyadan keçənlərə pul mükafatı veriləcək

Vaksinasiyadan keçənlərə pul mükafatı veriləcək

Tarix: 16 Noyabr 2021 10:34

Ukraynada koronavirusa qarşı vaksinin hər iki dozasını vurduran şəxslərə pul mükafatı veriləcək.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, bunu ölkə prezidenti Vladimir Zelenski "Telegram" kanalındakı videomüraciətində bildirib.

Onun sözlərinə görə, dekabrın 19-dan start götürəcək proqram çərçivəsində vaksinasiyasını tamamlayan şəxslərə 1000 qriven (təxminən 64 manat) ödəniləcək.

Bu vəsaitdən yalnız idman, kino zalları, teatr və muzeylərə səfər üçün istifadə edilməsi mümkün olacaq. Bununla da, pandemiyadan ən çox əziyyət çəkən sektorlara dəstək veriləcək.

Milli.Az


Etiketlər:  Vaksinasiyadan keçənlərə pul mükafatı veriləcək


RƏYLƏR