Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Noyabr 2021 15:06
Futbol üzrə dünya çempionatının seçmə mərhələsinin daha üç qrupunda mübarizə yekunlaşıb.
Sonxeber.net Oxu.az-a istinadən xəbər verir ki, F qrupunda hər şey formal xarakter daşıyıb. Belə ki, Danimarkanın mundialda, Şotlandiyanın isə dünya çempionatına çıxmaq üçün pley-offda iştirak edəcəyi daha öncədən müəyyənləşib. Buna baxmayaraq, komandalar arasındakı matçda ev sahibi şotlandlar üstün olmaqla seçmə mərhələdəki çıxışlarını qələbə ilə başa çatdırıblar - 2:0
İ qrupunda da İngiltərə San Marino üzərində asan qələbə əldə edərək dünya çempionatında iştirakını rəsmiləşdirib - 0:10. İkinci pillədə qərarlaşan Polşa isə doğma meydanda Macarıstana məğlub olsa da pley-offda mübarizəni davam etdirmək hüququ qazanıb - 1:2.
Gecənin əsas mübarizəsi C qrupunda yaşanıb. Şimali İrlandiya ilə qolsuz heç-heçə edən İtaliya son turda dünya çempionatına birbaşa çıxış imkanını əldən verib - 0:0. Mançininin yetirmələri turnirdə iştirak üçün pley-offda yarışacaq. Son Avropa çempionunun büdrməsindən istifadə edən İsveçrə isə Bolqarıstana dörd cavabsız qol vuraraq çempionatda iştirakını təmin edib - 4:0.
Qeyd edək ki, daha əvvəl Avropa zonasından Almaniya, Danimarka, Belçika, Fransa, Xorvatiya, Serbiya və İspaniya yığmaları DÇ-2022-yə vəsiqə qazanıb. Pley-off mərhələsində isə Portuqaliya, İsveç, Şotlandiya, Rusiya və Şimali Makedoniya millilərinin çıxış edəcəkləri dəqiqləşib.
DÇ-2022-nin seçmə mərhələsi
15 noyabr
C qrupu
Şimali İrlandiya - İtaliya 0:0
İsveçrə - Bolqarıstan 4:0
F qrupu
İsrail - Farer adaları 3:2
Şotlandiya - Danimarka 2:0
Avstriya - Moldova 4:1
I qrupu
San Marino - İngiltərə 0:10
Albaniya - Andorra 1:0
Polşa - Macarıstan 1:2