Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yatmaq üçün ən təhlükəli poza hansıdır? - FOTO

Yatmaq üçün ən təhlükəli poza hansıdır? - FOTO

Tarix: 17 Noyabr 2021 12:54

Qarnı üstə yatmaq onurğa üçün ən zərərli pozalardan biridir.

Bu barədə Rusiyada ixtisaslı nevroloq və manual terapevt, ali dərəcəli həkim, həmçinin "Jit zdorovo!" ("Yaşamaq gözəldir!") verilişinin aparıcısı Dmitriy Şubin xəbərdarlıq edib.

"Tövsiyə etməyəcəyim poza - qarnı üstə yatmaqdır. İstənilən mütəxəssis bu məsələdə mənimlə razılaşar", - deyə o bildirib.

Sonxeber.net Oxu.az-a istinadən xəbər verir ki, Şubinin sözlərinə görə, ya kürəyi üstə, ya da böyrü üstə yatmaq məsləhətdir.

"Böyrü üstə yatarkən yastığın biri qulağın altında, digəri isə dizlərin arasında sıxışdırılmalıdır. Kürəyi üstə yatırsa, o zaman yastıqda çiyin deyil, baş və boynun olması çox vacibdir. Bu zaman ikinci yastıq belin altında olmalıdır", - deyə o əlavə edib.


Etiketlər:  Yatmaq üçün təhlükəli poza hansıdır FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ