Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Noyabr 2021 10:15
Türkiyənin tanınmış modeli Ebru Şallının həyat yoldaşı Uğur Akkuş həbs olunması ilə bağlı xəbərlər yayılıb.
Sonxeber.net Olay-a istinadən xəbər verir ki, onun Küveytli iş adamlarına müxtəlif vədlər verdiyi, sonra isə əməl etmədiyi iddia olunub.
Məhkəməyə şikayət olunan Akkuşun 10 ilə qədər həbsi istənilib. Uğurun vəkili açıqlama yayaraq qərarın hələ təsdiqlənmədiyini, Akkuşun həbs olunmadığını bildirib.
Qeyd edək ki, Ebru U. Akkuş ilə bir neçə ilə öncə evlənib. Onların münasibəti başlayanda Akkuş başqa xanımla ailəli olub.