Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Papikyan Bakıdan İrəvana gedən Muradovdan xahiş etdi

Papikyan Bakıdan İrəvana gedən Muradovdan xahiş etdi

Tarix: 18 Noyabr 2021 10:22

Rusiya Cənub Hərb Dairəsinin komandan müavini, general-leytenant Rüstəm Muradov İrəvanda yeni müdafiə naziri Suren Papikyanla görüşüb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Görüşdə 16 noyabrda sərhəddə baş verən toqquşma müzakirə edilib, eyni zamanda, Azərbaycan Ordusunun əsir götürdüyü erməni əsgərlərin taleyi haqda fikir mübadiləsi aparılıb.

Papikyan əsirlərin qaytarılması, o cümlədən itkin düşən erməni əsgərlərin axtarışları üçün R.Muradovdan yardım xahiş edib.

Qeyd edək ki, Ermənistan MN 16 noyabr döyüşlərində 1 əsgərinin öldüyünü, 24-nün itkin düşdüyünü, 13-nün isə əsir götürüldüyünü rəsmən elan edib. 40-dan çox yaralı olduğu haqda iddialar da səslənir.

Rüstəm Muradov Bakıdan qayıdarkən özü ilə itkin düşən 24 əsgərdən birinin meyitini də aparıb.

Milli.Az


Etiketlər:  Papikyan Bakıdan İrəvana gedən Muradovdan xahiş etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ