Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Noyabr 2021 12:00
"Ən çox verilən suallardan biri: "Köçməyinizə peşman deyilsiniz ki?" Xeyr, deyiləm. Nə vaxtsa yeni bir yerdə yaşamış olsanız, bir müddət keçdikdən sonra oranın sizi qəbul edib-etmədiyini hiss edə bilərsiniz. Los-Anceles məni qəbul edib".
Sonxeber.net Olay-a istinadən xəbər verir ki, bu sözləri uzun illərdir Amerikada yaşayan müğənni Şeyla deyib. O, sosial şəbəkə hesabında yazdığı statusa bu sözləri də əlavə edib:
"Ümumiyyətlə, Los-Ancelesdə yaşamaq qeyri-məhdud imkanlarla və ən istedadlı, gözəl insanlarla əhatə olunan parlaq günəş köpüyündə yaşamaq kimidir. Lakin eyni zamanda bütün bu "səs-küy"ə (xüsusilə də daim başın üstündə fırlanan polis vertolyotları ilə-RED) qalib gəlmək də çətin olur.
Mən Los-Ancelesdə yaşamağı çox sevirəm! Hər küncdə mövcud olan mədəniyyəti və müxtəlifliyi sevirəm. Gəzmək üçün yerlərin, öyrənəcək və görüləcək yeni şeylərin çatışmazlığın olmamasını sevirəm. Hər gün burada yüzlərlə hadisə baş verir.
Həmçinin burada yaşamağın bir neçə nöqsanlarından nifrət edirəm. İstənilən yerə getmək üçün 45 dəqiqədən iki saata qədər tıxacda oturub, ən azı üç müxtəlif magistral sürməyimə, cinayətə və evsizliyə, yüksək yaşayış dəyərinə nifrət edirəm. Los-Anceleslilərin daim sevgi və nifrət münasibəti bu imiş".