Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Bakı Metropoliteni" "Qarabağ"a müsbət cavab verdi - AÇIQLAMA

Tarix: 18 Noyabr 2021 12:48

"Bakı Metropoliteni" QSC "Qarabağ"ın Kipr "Omoniya"sı ilə Konfrans Liqasının qrup mərhələsinin 5-ci turunda keçiriləcək ev oyunundan sonra metronun daha gec bağlanması ilə bağlı müraciətini müsbət cavablandırıb.

Bu barədə Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Manşet.az-a açıqlamasında bildirib. O qeyd edib  ki, Avropada saatlar irəli çəkildiyi üçün ölkəmizdə matç 1 saat gec başlayacağına görə "Bakı Metropoliteni"nə müraciət ediblər və müsbət cavab alıblar.

G.Abbaszadənin sözlərinə görə, bununla əlaqədar Bakı Metropoliteninin iş qrafikinə dəyişiklik edilib və metronun "Gənclik", "Nəriman Nərimanov" və"28 May" stansiyalarının giriş qapıları noyabrın 25-dən 26-na keçən gecə adəti üzrə saat 24:00-dək deyil, bir saat artıq, saat 01:00-dək açıq olacaq.

Qeyd edək ki, noyabrın 25-i Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Omoniya" görüşü saat 21:45-də başlayacaq.

Milli.Az


Etiketlər:  Bakı Metropoliteni Qarabağa müsbət cavab verdi AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ