Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Noyabr 2021 10:24
Yaponiya koronavirus pandemiyasından zərər çəkən ölkə iqtisadiyyatını stimullaşdırmaq məqsədi ilə yeni tədbirlər paketi hazırlayıb.
Sonxeber.net Oxu.az-a istinadən xəbər verir ki, bu məqsədlə ölkə iqtisadiyyatına təxminən 78,9 trilyon yen (691,5 milyard dollar) ayrılacaq.
Vəsaitin bir hissəsi özəl investisiyalar hesabına həyata keçiriləcək.
Qeyd olunur ki, vəsaitin həcmi iqtisadçıların gözləntilərindən demək olar ki, iki dəfə artıqdır.
Bu vəsaitlərdən istifadə edərək Yaponiya hökuməti əhaliyə və biznesə iqtisadi dəstəyi artırmaq niyyətindədir.
O cümlədən, Yaponiyada himayəsində 18 yaşınadək uşağı olan ailələrə hər uşağa görə 100 min yen (təxminən 880 dollar) məbləğində müavinət veriləcək.