Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tiflis “3+3” formatından imtina edir - Yeni təklif

Tiflis “3+3” formatından imtina edir - Yeni təklif

Tarix: 20 Noyabr 2021 13:50

Gürcüstan Rusiyanın "3+3" müzakirə formatına ("3+3" - Azərbaycan-Gürcüstan-Ermənistan və Türkiyə-Rusiya-İran formatı Bakının təklifidir - red.) alternativ təklif edir.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Gürcüstan xarici işlər naziri David Zalkaliani deyib.

"Bizim alternativlərimiz irəli sürdüyümüz təşəbbüslərdir. Eyni üçlük, Cənubi Qafqazın üç ölkəsi - Gürcüstan, Azərbaycan və Ermənistan... Qoy, Tifis dialoq məkanına çevrilsin. Bizim qonşularımıza iqtisadi layihələr təklif etməklə bağlı ambisiyalarımız var. Bu, regionda gərginliyi azalda bilər. Cənubi Qafqazın gələcəyi bu üç ölkə ilə müəyyən ediləcək", - nazir bildirib.


Etiketlər:  Tiflis formatından imtina edir Yeni təklif


RƏYLƏR