Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Noyabr 2021 15:52
Xəzər dənizinin suyu ildən-ilə azalır. 1995-ci ildən müşahidə edilən bu proses dənizin sumqayıt və astara sahillərində daha çox özünü büruzə verir. Coğrafiya İnstitutu səviyyənin hansı səbəbdən enməsinə və bu vəziyyətin nə qədər davam edəcəyinə aydınlıq gətirib.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, Xəzər dənizinin səviyyəsi enməkdə davam edir. Dənizin Sumqayıt ərazisində düşən hissəsində prosesi daha qabarıq şəkildə görmək mümkündür.
Coğrafiya İnstitutunun şöbə müdiri Əmir Əliyev deyir ki, ''Xəzər''də suyun səviyyəsi ilə bağlı tədqiqat aparılıb. Onun sözlərinə görə, səviyyənin azalması 1995-ci ildən müşahidə edilir. Həmin vaxtdan etibarən dənizin suyu təxminən 1,5 və 2 metrə qədər geri çəkilir.
Əmir Əliyevin sözlərinə görə bu, buxarlanmanın artması, illik yağıntının normadan aşağı olması, eyni zamanda qışda dəniz buzunun yoxa çıxması ilə izah edilir
Şöbə müdiri əlavə edib ki, deyir ki, Xəzər dənizi qapalı su hövzəsidir. Əgər ekoloji problemlər davam edərsə, 2050-ci ilə qədər dənizin səviyyəsi daha da enəcək.