Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Noyabr 2021 22:10
Ad insanın şəxsiyyətini, kimliyini bəlli edən, onu tanıdan bir əlamətdir. Əvvəla, valideynlər uşağa ad qoyarkən elə etməlidirlər ki, uşaq böyüdükdən sonra öz adından xəcalət çəkməsin. Çox zaman insanlar əcaib və hətta nalayiq ad daşımalarından utanır və öz adlarını dəyişirlər. Dinimiz adı dəyişdirməyi qadağan etmir. Əgər bir insan könüllü surətdə öz adını dəyişdirmək fikrinə gəlibsə, bu iş icazəlidir. Hətta dinə və əxlaqa zidd olan bir adı daşıyan adamın adını dəyişdirməsi daha yaxşı olar. Lakin layiqli və gözəl bir adı dəyişib, milli-mənəvi, dini-tarixi dəyərlərə zidd olan ad götürmək icazəli deyil. Özünə yeni ad götürən şəxs peyğəmbərlərin və imamların adlarına, əsmaül-hüsnaya, milli mənsubiyyəti əks etdirən adlara üstünlük versə, daha yaxşıdır.