Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Siqaretdən imtina etməyə kömək edən... meyvə

Siqaretdən imtina etməyə kömək edən... meyvə

Tarix: 20 Noyabr 2021 23:45

Siqaret çəkmək insan orqaniminə çox mənfi təsir edir.

Nikotin damarların sıxılmasına səbəb olur ki, bu da ürək-damar sistemi xəstəliklərinin, insult və infarkt kimi ağır pozulmaların riskini artırır.

Həmçinin siqaret tüstüsündə olan ziyanlı toksiki maddələr insan orqanizminə daxil olaraq xroniki intoksikasiyaya səbəb olur ki, bu da bir çox xəstəliklərinin (o cümlədən, xərçəng xəstəliklərinin) riskini artırır.

Beləliklə, siqaretdən imtina etmək həyati vacib olan addımdır. Lakin bu heç də asan deyil. Siqaretlər, narkotiklər və spirtli içkilər kimi, asılılığa səbəb olur.

Alimlərin fikirinə görə, bəzi məhsullar siqaret çəkməkdən imtina etməyə kömək edir.

Belə ki, elmi araşdırmalar sübut edib ki, jenşen kökü dəmləməsi, badımcan və saqqız siqaretdən imtina etməyə kömək edir.

Son araşdırmalar göstərib ki, banan da bu məhsullar siyahısındadır. Alimlərin fikirinə görə, siqaret çəkməkdən imtina edən insan öz qidalanmasına banan daxil etməlidir. Banan bu prosesi daha asan keçirməyə kömək edəcək.

Bananın tərkibində olan triptofan maddəsi siqaretlərdən olan asılılığı aradan qaldırmağa yardım edir.


Etiketlər:  Siqaretdən imtina etməyə kömək edən meyvə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ