Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yiğitdən evlilik açıqlaması

Yiğitdən evlilik açıqlaması

Tarix: 21 Noyabr 2021 10:30

Aktyor Yiğit Kirazcı "Hürriyet"ə həm peşəsi, həm də şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, atası iflic olduqdan sonra çətinliklərlə qarşılaşan Yiğit aktyorluq sənətini necə seçdiyindən söhbət açıb:

"Koç Liseyini bitirdikdən sonra pul qazanmaq üçün modellik etməyə başladım. Valideynlərim reklam sahəsində çalışmağımı istəyirdi. Bilgi Universitetində bu sahə üzrə oxuyarkən sənədli filmə baxdım və "Reklam edərkən əslində insanlara yalan danışırıqmı" kimi idealist fikirlər keçirdim. Oranı bitirəndən sonra ilk və hazırkı menecerim Tuba Taçanın yanına gedib dedim ki, aktyor olmaq istəyirəm, bunun üçün oxumalıyam. Mənə inandı və məktəbin pulunu ödədi. Onda mən nə etdim? Tubadan ayrıldım (gülür). Amma işlədim və borcumu ödədim. İllər sonra yollarımız yenidən kəsişdi".

Aktyor sevgilisi, həmkarı Pınar Denizlə olan münasibətlərinə də toxunub:

"Lazım olduğu qədər romantikəm. Xırda işləri belə sevgi ilə edirəm. Axşamlar Pınarla obrazlarımız üstündə işləyirik. Necə oynamalı olduğumuzu uzun-uzadı müzakirə edirik. Çox əyləncəli olur.

Yiğit Pınarla evlilik planlarına dair sualı isə belə cavablayıb:

"İrəlidəki zamanlarda düşünürəm, amma nə vaxt olduğunu bilmirəm".

Qeyd edək ki, Yiğit hazırda "Evlilik hakkında her şey" serialında rol alır.


Etiketlər:  Yiğitdən evlilik açıqlaması


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ