Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Noyabr 2021 12:12
ABŞ kəşfiyyat xidmətləri hesab edir ki, Çin Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi yaxınlığındakı liman bölgəsində gizli şəkildə hərbi obyekt tikib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, təxminən bir il əvvəl ABŞ rəsmiləri Əbu-Dabi yaxınlığındakı Xəlifə limanında "şübhəli Çin fəaliyyəti" ilə bağlı kəşfiyyat məlumatları almağa başlayıblar.
Qeyd edilir ki, bu ilin yazında məxfi peyk görüntüləri ABŞ rəsmilərinə Çinin limanda hərbi obyekt tikdiyi qənaətinə gəlməyə imkan verib.
ABŞ prezidenti Co Bayden administrasiyası BƏƏ-ni obyektin hərbi məqsəd daşıdığına və tikintisinin dayandırılmasına inandırmaq üçün fəal diplomatik səylər göstərib.
ABŞ rəsmilərinin BƏƏ-yə bir sıra görüşləri və səfərlərindən sonra obyektin tikintisinin dayandırıldığı bildirilir.