Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pis valideynlərə nifrət etmək düzgündürmü?

Pis valideynlərə nifrət etmək düzgündürmü?

Tarix: 21 Noyabr 2021 20:56

İslamda Allahın və Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) haqqından sonra ən böyük haqq valideyn haqqı hesab olunur. Həmçinin, övladın da valideyn üzərində haqları vardır. Uca Allah öz mərhəməti və ədaləti sayəsində həm valideyn üçün, həm də övlad üçün haqlar müəyyən etmişdir. Əgər valideyn övladına qarşı haqsızlıq edirsə, buna görə cavab verəcəkdir. Həmçinin, övlad da valideynə qarşı haqsızlıq edirsə, buna görə cavab verəcəkdir. Onlar sizə pislik etsələr də, sizi valideyn qayğısından məhrum edərək körpəliyinizdən nənənizə saxlamağa versələr də, hər bir halda sizin valideyninizdir və onların sizə qarşı belə davranması valideyn adını və haqlarını onların üstündən almır. Siz çalışın ki, bir müsəlman övlad olaraq öz üzərnizə düşən vəzifələri yerinə yetirəsiniz. Onlarla əlaqə saxlayın, onlara haqqı gözəl şəkildə başa salın və sizə qarşı etdiklərinin böyük günah olduğunu başa salasınız. Onlar sizi söysələr belə, eyni şeyi siz də onlara qarşı etməyin. Hər kəs öz əməlinin cəzasını alacaq: "O gün (Qiyamət günü) insanlar əməllərinin onlara göstərilməsi üçün dəstə-dəstə gələcəklər. Zərrə qədər yaxşılıq edən əvəzini alacaqdır. Zərrə qədər pislik edən də əvəzini alacaqdır". (əz-Zəlzələ, 6-8); "Hər kəsin qazandığı (xeyir yalnız) onun özünə, qazandığı (şər də yalnız) öz əleyhinədir". (əl-Bəqərə, 286).


Etiketlər:  valideynlərə nifrət etmək düzgündürmü


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ