Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sərhəd məsələsi İrəvan küçələrini bağladı - VİDEO - FOTO

Sərhəd məsələsi İrəvan küçələrini bağladı - VİDEO - FOTO

Tarix: 22 Noyabr 2021 11:00

Ermənistanın paytaxtı İrəvanda kütləvi etiraz aksiyaları başlanıb.

Sonxeber.net Ermənistan mediasına istinadən bildirir ki, aksiya iştirakçıları şəhərin mərkəzindəki İsakov, Baqramyan, Arşakunyants, Tiqran Mets prospektlərini bağlayıblar.

Onlar Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin demarkasiyası və delimitasiyası ilə bağlı müqavilənin imzalanmasına yol verməməyə çağırırlar.

Ermənilərin dediklərinə görə, konkret olaraq hansı sənədin, hansı şərtlərlə imzalanacağı bəlli deyil.

Polis yolları açmaq üçün aksiya iştirakçılarını ərazidən uzaqlaşdırmağa çalışır.

Bu gün yerli vaxtla saat 17.00-da İrəvandakı Respublika Meydanında müxalifət partiyalarının və hərəkatlarının birgə mitinqinin keçirilməsi nəzərdə tutulub.


Etiketlər:  Sərhəd məsələsi İrəvan küçələrini bağladı VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ