Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Sən ''dvijeniya'' edib hörmət yığacaqsan deyə niyə kartına pul atmalıyam?''

''Sən ''dvijeniya'' edib hörmət yığacaqsan deyə niyə kartına pul atmalıyam?''

Tarix: 22 Noyabr 2021 19:15

"Ay qardaş, ay xanım, sən "dvijeniya" eləyib özünə xal toplayacaqsan, hörmət yığacaqsan, ad qazanacaqsan deyə niyə kartına pul atmalıyam?"

Sonxeber.net olay-a istinadən xəbər verir ki, bu sözləri aktyor Elcan Rəsulov deyib. O, feysbukda status yazaraq sosial şəbəkələrdə yardım toplayanları tənqid edib:

"Xeyriyyəçi olmaq istəyirsən, get işlə, əziyyətlə 5 manat da artıq qazan. Onu da ehtiyacı olan birinə ver. Hərçənd ki, o ehtiyacı olmaq məsələsinə də vaxt edib toxunacam. Hərə öz ətrafında imkansızların dadına çatsa, heç bu xeyriyyəçiləri rayon-rayon qaçırtmağa ehtiyac da qalmaz. Nə isə... Yenə pis adam olacam. Olum da. Onsuz da kim nə istəyir, onu fikirləşir".

E. Rəsulov daha sonra sözügedən postu silib.


Etiketlər:  Sən dvijeniya edib hörmət yığacaqsan deyə niyə kartına atmalıyam


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ