Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Noyabr 2021 19:50
"Bu qadına heç bir hörmətsizlik etməmişəm. Neçə illərdi verilişlərdə bir olmuşuq. Nə saymamazlıq etmişəm ki? Özümə qarşı hiss edirəm ki, məni sevmir. Sifətimdə nə görüb ki, xoşuna gəlmirəm?".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Nahidə Orucova "Elgizlə izlə" proqramında deyib. Aktrisa proqramda ekspert qismində oturan vəkil Şəfiqə Nağıyeva ilə mübahisə edib. O bildirib ki, Ş.Nağıyeva onu sevmir.
Aparıcı Elgiz Əkbər isə "Rəhman Rəhmanovu sevir amma" sözlərinə aktrisa "Kişidir, ondan xoşu gələcək" da sözlərini deyib. Onun bu fikirləri vəkili özündən çıxarıb.
"Zorla ürəyimə girə bilərsiz? Sevmirəm sizi. Səbəbini deyə bilmərəm, demirəm. Yaxşı söz danışmadınız. Siz kişiləri sevərsiz, mən yox. Danışıq tərzini bilmək lazımdır. Sözü ağızda fırladıb çıxarmaq lazımdır. Özümə qiymət verirəm, dediyiniz söz özünüzə aiddir. Rəhman mənim qardaşımdır" deyə, Nağıyeva sərt reaksiya verib.
Vəkillə aktrisa arasında proqram zamanı mübahisə düşüb.