Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Avqust 2019 04:04
Bakı. Trend:
Avqustun 27-də Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatının üçüncü günündə 2 çəki dərəcəsində (qadınlar 57 kq və kişilər 73 kq) görüşlər keçiriləcək.
Trend xəbər verir ki, dünya çempionatında daha üç cüdoçumuz tatamiyə çıxacaq. Təmsilçimiz Rüstəm Orucovun ilk rəqibi Vadzim Şoka (Belarus) - Nuno Sarayova (Portuqaliya) cütünün qalibi olacaq. Hidayət Heydərov isə ilk qarşılaşmada Conq Tan (Vyetnam) - Friqyes Zabo (Macarıstan) cütünün qalibini sınağa çəkəcək. Qadın cüdoçumuz İçinxorloo Munxtsedevin ilk rəqibi panamalı Miryam Roper olacaq.
Qeyd edək ki, dünya çempionatının ilk iki günündə mübarizə aparan 6 cüdoçumuz yarış meydanını medalsız tərk edib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin