Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur xalq artistinin vəziyyəti ağırdır - Aylardır rəhbəri olduğu İttifaqa işə çıxmır

Məşhur xalq artistinin vəziyyəti ağırdır - Aylardır rəhbəri olduğu İttifaqa işə çıxmır

Tarix: 24 Noyabr 2021 14:20

Tanınmış rejissor, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətovun vəziyyəti ağırdır.

Sonxeber.net Manset.az-a istinadən bildirir ki, Xalq artistinin ayaqları tutulub. O aylardır yeriyə bilmir və bu səbəbdən rəhbərlik etdiyi Azərbaycan Teatr Xadimləri İttifaqına işə çıxmır. Onun ayaqlarının tutulması səbəbindən aylardır müalicə aldığı, lakin bu müalicələrin təsir etməməsi səbəbindən ağır əməliyyat keçirdiyi qeyd edilib. Bu əməliyyatın da uğurlu olmadığı bildirilib.

Məsələ ilə bağlı xalq artisti ilə əlaqə saxlamaq istəsək də, onun telefonları bağlıdır. Rəhbərlik etdiyi Azərbaycan Teatr Xadimləri İttifaqından isə Manşet.az-a bildirilib ki, "Azərpaşa Nemətov xəstədir, çoxdandır işə çıxmır." Əlavə  məlumat verilməyib.


Etiketlər:  Məşhur xalq artistinin vəziyyəti ağırdır Aylardır rəhbəri olduğu İttifaqa işə çıxmır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ