Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Noyabr 2021 18:54
"İstənilən bariatrik əməliyyatdan (mədəkiçiltmə, artıq çəkidən azad olma) 12-16 ay keçəndən sonra qadınlar hamilə qala bilərlər. Hamiləliyin sayında isə məhdudiyyət yoxdur".
Sonxeber.net report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin əməkdaşı, həkim Taryel Ömərov deyib.
O qeyd edib ki, bu, istənilən yaş dövrünə aiddir.
Həkim onu da əlavə edib ki, əməliyyatdan sonra təkrar kökəlmələr ola bilər: "Elmi araşdırmalara görə, hazırda 100 xəstədən 13-18 %-də 3-5 ildən sonra təkrar piylənmə ola bilər. Yəni əməliyyatdan sonra yenidən piylənmə ehtimalı az da olsa, var".