Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Noyabr 2021 22:36
19 yaşdan aşağı uşaq və yeniyetmələrdə COVID-19 ilə bağlı multisistem iltihab sindromu bir neçə orqanın zədələnməsinə gətirib çıxarır. Bu, nadir, lakin çox təhlükəli xəstəlik olsa da, xoşbəxtlikdən, onun müalicəsi var.
Sonxeber.net bildirir ki, AZƏRTAC Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) saytına istinadla xəbər verir ki, bu sindromdan əziyyət çəkən uşaqlara peşəkar səviyyədə yardım göstərmək, onları intensiv terapiya palatasına yerləşdirmək tələb olunur. Belə uşaqlara vaxtında kömək göstərilsə, onlar tam sağalırlar.
ÜST yaşı 18-ə qədər olan uşaqların multisistem iltihab sindromunun xəstəxana şəraitində müalicəsinə dair yeni tövsiyələr dərc edib. Müvafiq genişmiqyaslı araşdırmalarda 885 pasiyent iştirak edib.
ÜST mütəxəssisləri bu sindromu ilk dəfə 2020-ci il may ayında tədqiq ediblər. Bu xəstəliyin simptomları azı üç gün davam edən qızdırma, səpgi, irinli olmayan konyunktivit, selikli dəri qatının iltihabı, yüksək qan təzyiqi, insult və başqa əlamətlər şəklində təzahür edir. Bundan əlavə, uşaq və yeniyetmələrdə qarın ağrısı, qusma, qarın işləməsi kimi hallar yarana bilər. Ən çox yayılmış risk amilləri piylənmə, ağciyərlərin və tənəffüs yollarının xroniki xəstəlikləri, o cümlədən astma, ürək-damar xəstəlikləri və immunitetin zəifləməsidir.