Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səyahət edənlərə ''son dəqiqə'' xəbərdarlığı: bahalaşma 50-60%-ə çatacaq

Səyahət edənlərə ''son dəqiqə'' xəbərdarlığı: bahalaşma 50-60%-ə çatacaq

Tarix: 24 Noyabr 2021 23:20

Bu ilin mart ayının sonuna kimi bayram qiymətlərinin yüksək mövsüm qiymətlərinə çata biləcəyinə işarə edən turizm mütəxəssisləri turistlərə "erkən al" xəbərdarlığını edir.

Sonxeber.net aviatravel.az-a istinadən xəbər verir ki, turizm mütəxəssisləri bildiriblər ki, il ərzində məzənnə artımı ilə bağlı qiymətlərdə artıma doğru dəyişikliklər ola bilər. Belə ki, əvvəlki illərdə iyun ayına qədər davam edən sərfəli qiymətlər 2022-ci ildə mart ayının sonuna kimi yüksək mövsüm qiymətlərinə çata bilər.

2022-ci il mövsümündə xarici turistlərin tələbatının çox yüksək ola biləcəyinə diqqət çəkən turizm mütəxəssisləri bu il erkən rezervasiyanın əhəmiyyətinin artdığına diqqət çəkiblər. Ona görə də "otellər dolmadan rezervasiya etməyə" çağırış ediblər.

Qeyd edək ki, Türkiyə yeni yay mövsümü üçün erkən rezervasiya kampaniyalarına bu aydan start verib. Səyahət agentlikləri 50 faizə qədər endirimlər təqdim edərkən, qiymətlər əvvəlki ilə nisbətən 25 faiz artıb. Mövsümdə bu qiymət artımının 50-60%-ə çatacağı təxmin edilir.

Bu il pandemiyanın təsiri son dəqiqə rezervasiyalarını artırsa da, daxili bazarda erkən rezervasiyaya tələbat artıb. Bu səbəbdən yeni mövsüm üçün erkən rezervasiyanın daha sıx olacağı gözlənilir.

Turizm sənayesinin tanınmış yazarlarından biri Selenay Yağcının sözlərinə görə, Türkiyədə hər il 10 milyon insanın paket turlardan faydalandığı təxmin edilir. Onların 55-60 faizinin iyun ayına qədər davam edən erkən rezervasiyadan faydalandığı düşünülür.


Etiketlər:  Səyahət edənlərə dəqiqə xəbərdarlığı bahalaşma çatacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ