Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Noyabr 2021 23:52
"Dünən sınmış, tamamilə çıxılmaz vəziyyətdə olan, vəziyyətə nəzarəti tamamilə itirmiş, Somalinin baş naziri olmağa belə layiq olmayan bir insanın mətbuat konfransının şahidi olduq".
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu mətbuat konfransında "Vətəndaş Şüuru" QHT-nin sədri Narek Samsonyan Nikol Paşinyanın onlayn mətbuat konfransı barədə danışarkən deyib.
Samsonyan qeyd edib ki, mətbuat konfransında onlarla müxalif media orqanının sualları verilməyib: "Bu isə o deməkdir ki, suallar Paşinyan tərəfindən verilib. Adam nə danışacağını bilmirdi, yaratdığı xaosda itib, heç nə edəcəyini bilmir, yazıq, yalançı satqındır".