Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2021 18:20
İnstaqram platforması dünyaca məşhur müğənni Madonnanın paylaşdığı fotoları silib.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, bu barədə müğənni özü məlumat yayıb. Sənətçi qeyd edib ki, şəbəkə ona xəbərdarlıq etmədən sözügedən şəkilləri hesabından götürüb:
"Buna səbəb sinəmin kiçik bir hissəsinin açıq qalması idi. Məni hələ də heyrətləndirir ki, biz qadının bədəninin sinəsindən başqa hər qarışını göstərməyə imkan verən bir mədəniyyətdə yaşayırıq. Körpəni qidalandıran sinə! Kişinin sinəsini erotik hiss etmək olmazmı?!"- deyə estrada ifaçısı bildirib.