Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Noyabr 2021 08:30
OPEC+ yanvarda neft hasilatını artırmaqdan imtina edə bilər.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Britaniyanın nüfuzlu "Bloomberg" nəşri məlumat yayıb.
Nəşr qeyd edir ki, səbəblər arasında Rusiyanın ehtiyat imkanlarının məhdud olması, "Omicron" ştamının yaranması fonunda neftin qiymətinin aşağı düşməsi və iri neft idxalçılarının strateji ehtiyatları "çap etmək" planları göstərilir.
Noyabrın 1-dən 24-dək orta gündəlik neft və kondensat hasilatı 10,89 milyon barel təşkil edib. Əvvəlki ayla müqayisədə artım oktyabrda 1%, sentyabrda isə 2,8%-ə qarşı 0,49% olub.
"Bloomberg" yazır ki, Rusiya neft istehsalçıları, demək olar ki, tam gücü ilə işlədiklərini bildiriblər. Eyni zamanda, agentlik Moskvanın neft hasilatının artımından imtinanın tərəfdarı olub-olmadığını bilmir.
Qeyd edək ki, OPEC+ sazişi 2020-ci ilin mayında bərpa edilib və onun iştirakçıları tərəfindən ümumi hasilatın sutkada 9,7 milyon barel azaldılmasını nəzərdə tuturdu.
Bu günə qədər kvota artıq 4 milyon barel/günə endirilib. Qrafikə əsasən, əməliyyatın tərəfləri hasilatı hər ay sutkada 400 min barel artırmalıdır.