Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərdoğandan lirə ilə bağlı göstəriş

Ərdoğandan lirə ilə bağlı göstəriş

Tarix: 27 Noyabr 2021 18:56

Türkiyə Dövlət Müşahidə Şurası (DDK) valyuta məzənnəsindəki anormal artımda manipulyasiya olub-olmadığını, varsa, kim tərəfindən olduğunu araşdıracaq.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan göstəriş verib.

Bildirilir ki, idarəçilik işlərinin qanunvericiliyə uyğun, müntəzəm və səmərəli şəkildə aparılması və inkişaf etdirilməsi məqsədilə yaradılan audit qurumu başda dollar olmaqla, külli miqdarda xarici valyuta alan qurum və təşkilatları müəyyən edəcək.

DDK sədri Yunus Arıncı və komandası araşdırmanın nəticəsini hesabata çevirəcək və cinayət aşkar edilərsə, tədbir görülməsi üçün müvafiq qurumlara göndərəəcək.

Xatırladaq ki, son vaxtlar Türkiyə lirəsi ABŞ dolları qarşısında kəskin ucuzlaşıb. Hazırda 1 ABŞ dolları 12,43 Türkiyə lirəsi təşkil edir.


Etiketlər:  Ərdoğandan lirə ilə bağlı göstəriş


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ