Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Krivotsyuklu “Visla”dan çətin qələbə

Krivotsyuklu “Visla”dan çətin qələbə

Tarix: 28 Noyabr 2021 20:56

Futbol üzrə Polşa çempionatında 16-cı turun oyunları keçirilib. Sonxeber.net matc.az-a istinadən bildirir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi "Visla" (Plotsk) da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda "Krakoviya" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.
 
Krivotsyuk da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin müdafiəçisi 46-cı dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
 
"Visla" 16 turdan sonra 23 xalla 18 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.


Etiketlər:  Krivotsyuklu Visladan çətin qələbə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ