Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Noyabr 2021 21:32
Rusiyanın neft ehtiyatları minimum 30 il kifayət edər.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Baş nazirin müavini Aleksandr Novak Rusiya-Çin Enerji Forumunda söyləyib.
O bildirib ki, Rusiya nəhəng neft və qaz ehtiyatlarına malikdir. Ölkənin neft ehtiyatları azı 30 il, qaz ehtiyatları isə minimum 50 il müddətinə kifayət edəcək.
A.Novak qeyd edib ki, son illər alternativ enerji mənbələrinə keçid nəzərə çarpsa da, neft və qaza yaxın illərdə tələbat azalmayacaq. Rusiya rəsmisi ölkəsinin 2022-ci ilin mayına kimi gündəlik neft hasilatını 400 barelə yüksəltmək iqtidarında olduğunu da vurğulayıb.