Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Noyabr 2021 21:34
"Lalə" qızlar ansamblının keçmiş solisti Elmira Əliyeva xəstəxanadan evə buraxılıb.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, Elmira Əliyeva maddi köməyə ehtiyacı olduğunu deyib: "Ötən gün xəstəxanadan buraxıldım. Evdə müalicəm davam edir, amma dərman almağa pulum yoxdur. Dərman içməsəm, yenə şişkinlik olacaq. 35 il səhnədə konsertlər vermişəm. Çörək almağa pulum yoxdur. Səhhətim zəifləyib, vəziyyətim çox ağırdır".
Qeyd edək ki, Elmira Əliyeva ürək çatışmazlığından əziyyət çəkir.