Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ səfiri helikopter qəzası ilə bağlı başsağlığı verib

ABŞ səfiri helikopter qəzası ilə bağlı başsağlığı verib

Tarix: 1 Dekabr 2021 10:18

ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger hərbi helikopter qəzası ilə əlaqədar başsağlığı verib.

Milli.Az bildirir ki, ABŞ səfirliyi bu barədə "Twitter"də paylaşım edib.

"Səfir Litzenberger helikopterin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verir. Bu itkinin acısını ailələri və dostları ilə yaşayır, dərdinizi bölüşür və dərin hüznlə başsağlığı veririk", -qeyd olunub.

Xatırladaq ki, noyabrın 30-da DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğrayıb.

Qəza nəticəsində 14 hərbi qulluqçu həlak olub, ikisi yaralanıb.

Milli.Az


Etiketlər:  ABŞ səfiri helikopter qəzası ilə bağlı başsağlığı verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ