Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan bu təhlükədən necə qorunmalıdır? - Həkim

Azərbaycan bu təhlükədən necə qorunmalıdır? - Həkim

Tarix: 1 Dekabr 2021 10:42

Bu günlərdə Afrikanın cənubunda COVID 19-un yeni növ ştammı aşkarlanıb. Yeni ştamma yunan əlifbasının 15-ci hərfinə uyğun olaraq "Omikron" adı verilib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Omikron B.1.1.529 ştammını "narahatlıq doğuran variant" kimi dəyərləndirib. Virusun bu variantı hazırda da sürətlə yayılmaqda davam edir. Bəs Azərbaycan bu təhlükədən necə qorunmalıdır?

Sonxeber.net xəbər verir ki, bu barədə Axar.az-a açıqlama verən həkim-infeksionist Nicat Əzimli bildirib ki, vaksinlərin koronavirusun "omikron" variantına da qarşı effektiv olduğu dəqiqdir.

"Vaksin istehsalı ilə məşğul olan böyük şirkətlər "omikron" ştammına uyğun təkmilləşdirmə işlərinə başladıqlarını bildiriblər. Hələ ki, koronavirusun "omikron" variantına Azərbaycanda rast gəlinməyib. "Omikron" ştammıyla bağlı ən effektiv önləyici tədbir vaksinasiyadır. Bu proses Azərbaycanda hazırda davam etdirilir. Sadəcə əhali peyvəndləmə prosesində daha aktiv iştirak etməli və müəyyən olunmuş qaydalara əməl etməlidir", - infeksionist qeyd edib.

Qeyd edək ki, "omikron" ştammına yoluxan insanlarda halsızlıq, nəbz artması və yüksək temperatur müşahidə olunur.


Etiketlər:  Azərbaycan təhlükədən necə qorunmalıdır Həkim


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ