Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2019 15:51
Bakı. Trend:
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gədəbəy rayonu Göyəlli kənd sakini 48 yaşlı Arif Tağıyevin yaşadığı ünvandan bir ədəd tək lüləli üzərində uzaq məsafə görəmə cihazı olan (5 atılan) silah aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin