Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Suvarma kanalları lildən təmizlənib - VİDEO

Suvarma kanalları lildən təmizlənib - VİDEO

Tarix: 2 Dekabr 2021 17:56

Cəbrayıl Suvarma Sistemləri idarəsi tərəfindən suvarma işlərinin yaxşılaşıdırırlması üçün hidrotexniki qurğular sazlanıb, suvarma və kollektor kanalları lildən təmizlənib. Həmçinin 1650 metr uzunluğunda daşıyıcı kanalın boruları yenilənib.Ümumilikdə isə idarə 4809 hektar sahəyə xidmət edir. Yem bitkiləri, taxıl, pambıq, tut bağı, çuğundur, həyətyanı və örüş sahələrindən ibarət olan bu ərazilərin su təminatını 5 ədəd nasos stansiya vasitəsilə həyata keçirilir.

Bu il rayonun əsas su qurğularından biri olan 2 saylı nasos stansiyasıda əsaslı təmir işləri aparılıb. Belə ki, Prezidentin müvafiq sərəncamına uyğun olaraq ayrılan vəsait hesabına Cəbrayıl rayon məcbur köçkün şəhərciyi ərazisində 1650 metr uzunluunda karroziya məruz qalan dəmir borular çıxarılaraq polietilen borularla əvəz edilib. Görülən iş hesabına 240 hektar sahənin suvarılması daha da yaxşılaşıb.

Qeyd edək ki, Görülən işlər zamanı 21 km suvarma kanalı və 38.5 km kollektor lildən təmizlənib, 36 ədəd hidrotexniki qurğu cari təmir olunub.

Milli.Az Real Tv-nin hazırladığı sujeti təqdim edir:

Milli.Az


Etiketlər:  Suvarma kanalları lildən təmizlənib VİDEO


RƏYLƏR