Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Bu, həyatımın ən gözəl qərarı idi...” - FOTO

“Bu, həyatımın ən gözəl qərarı idi...” - FOTO

Tarix: 3 Dekabr 2021 12:54

Amerikalı aktyor Ben Afflek pop-ulduz Cennifer Lopeslə bərabər olmağı həyatının ən gözəl qərarlarından biri olduğunu etiraf edib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə o, "WSJ.Magazine" nəşrinə danışıb. Afflek və Lopes 18 ilə yaxın əvvəl münasibətlərinə son qoyub, bu il isə yenidən görüşməyə başlayıblar.

49 yaşlı aktyor deyib ki, bir vaxtlar ailə həyatı qurmaq istədiyi 51 yaşlı müğənni ilə yenidən bir araya gəlməsi həyatında etdiyi ən yaxşı şey olub: "Hərdən düşünürəm ki, böyük sevgi tarixçəmi bütün dünya ilə bölüşə bilərəm. Həqiqətən, bu, gözəl qərar idi - sevdiyin qadının yanına geri dönmək. Və mən deyə bilərəm ki, ikinci dəfə bizim münasibətlərimiz daha yaxşı oldu, çünki biz indi daha təcrübəliyik".

Afflek, həmçinin qeyd edib ki, ikinci şansından yararlana bildiyi üçün özünü xoşbəxt biri hesab edir: "Çox şanslıyam, axı bilirəm ki, bəzi insanlar kiminləsə münasibət qurmaq üçün hətta birinci şansı almır. Keçmiş münasibətlərimin uğursuzluqları üzərində düşünmək üçün bu dəfə yetərincə vaxtım var".

Aktyor əlavə edib ki, ikinci şansı olduqda heç də həmişə uğur qazanmayıb: "Hər hadisədən özümə hansısa təcrübə toplamağa çalışmışam. İndi sahib olduqlarım - hamısı mənim uğursuzluqlarım və iztirablarımdır. Ən önəmlisi - yaxşı ata olmaqdır. Əhəmiyyətinə görə ikinci - yaxşı insan olmaqdır. Və görünür, yaxşı ər olmaq. Ümid edirəm".

Afflek etiraf edib ki, CeyLo ilə münasibətləri haqda yayılan şayiələr onu özündən çıxarır: "Hansısa çərçivələrə riayət etmək lazımdır. Mən bizim münasibətlərimiz haqda hamıya danışmaq istəmirəm. Hisslərim haqda yalnız yaxınlarım biləndə daha rahat oluram".


Etiketlər:  həyatımın gözəl qərarı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ