Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Dekabr 2021 19:08
Əfqanıstanda hakimiyyətdə olan Taliban hərəkatı qadın hüquqları ilə bağlı qərar imzalayıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Taliban hökumətinin sözçüsü Zabibullah Mucahid "Twitter" hesabında paylaşım edib.
Z. Mucahid qərarın mətnini öz səhifəsində dərc edib.
Qərarda bir sıra müddəalar yer alıb:
"Nikah üçün yetkinlik yaşına çatmış qızların icazəsi olmalıdır. Heç kim məcburi şəkildə və təzyiqlə evliliyə cəlb oluna bilməz. Qadın mülk deyil, o, ali və azad varlıqdır. Barışıq və ya düşmənçiliyə son qoymaq üçün heç kim qadınları mübadilə edə bilməz. Qadının əri vəfat etdikdən sonra heç kim bu dul qadının qohumlarını məcbur edərək onunla evlənə bilməz. Dul qadının evlənmək və gələcəyini seçmək hüquq var. Dul qadının miras hüququ var və heç kimi onu bundan məhrum edə bilməz. Poliqam (çoxarvadlı) şəxs "Şəriət hüquq" ilə bütün arvadlarına eyni hüququ verməli və onların arasında ayrıseçkilik etməməlidir".
Qərarla əlaqədar Talibanın Həcc və Dini Məsələlər Nazirliyinə, İnformasiya və Mədəniyyət Nazirliyinə, Ali Məhkəməyə və yerli idarəçilərə göstərişlər verilib.