Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Oğuzda KİA Optima yanıb - FOTO

Oğuzda KİA Optima yanıb - FOTO

Tarix: 4 Dekabr 2021 08:14

Hadisə dekabrın 3-dən 4-ə keçən gecə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Calut kəndi ərazisindən keçən hissəsində baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Şəki rayon sakini Afiq Bahadır oğlu Həsənov idarə etdiyi "KİA Optima" markalı minik avtomobili ilə hərəkətdə olarkən maşında yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyətləri cəlb edilib. Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları yanıb. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Oğuzda KİA Optima yanıb FOTO


RƏYLƏR