Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Elə bildim qadındır - Qatarda qəribə təcavüz olayı

Elə bildim qadındır - Qatarda qəribə təcavüz olayı

Tarix: 7 Dekabr 2021 17:50

Oryol şəhərində yaşanan təcavüz faktı hər kəsin diqqətini çəkib. Belə ki, adı açıqlanmayan kişi qatarda cinsi azlığı zorlayıb. Saxlanılan zaman isə onu qadınla səhv saldığını bildirib.

Milli.Az xəbər verir ki, bu barədə Mash Telegram kanalı məlumat yayıb. Kişi bildirib ki, transseksual ondan Tverə bilet almaqda kömək istəyib. Qatarda bir yerdə oturublar. Bu zaman kişi telefonunda ona porno kadrlar göstərib və yaxınlıq etmək sitəyib. Cinsi azlıq qadın olmadığını etiraf etsə də, bu, kişini dayandıra bilməyib. Müqavimət göstərəndə transseksualı boğmağa başlayıb.

Müstəntiqlər zorlayan şəxsi saxlayıb və işi məhkəməyə veriblər. Kişi cinsi əlaqənin qarşılıqlı razılıq əsasında baş verdiyini və ona böhtan atıldığını iddia edir.

Anar Əli
Milli.Az


Etiketlər:  Elə bildim qadındır Qatarda qəribə təcavüz olayı


RƏYLƏR