Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İki körpəyə ''pfizer'' vuruldu; uşaqlar xəstəxanalıq oldu

İki körpəyə ''pfizer'' vuruldu; uşaqlar xəstəxanalıq oldu

Tarix: 7 Dekabr 2021 20:44

Braziliyada iki körpəyə - iki aylıq qız və dörd aylıq oğlan uşağına səhvən koronavirusa qarşı "Pfizer" peyvəndi vurulub. Onlar vaksinə pis reaksiya veriblər, buna görə təcili olaraq xəstəxanaya yerləşdiriliblər.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, analar uşaqları xəstəxanaya difteriya, tetanoz, göy öskürək, hepatit B əleyhinə kombinasiyalı peyvənd vurmaq üçün gətiriblərmiş.

Vaksindən sonra uşaqların temperaturu yüksəklib, istiliyi heç bir şəkildə azaltmaq mümkün olmayıb, qız isə qusmağa başlayıb.

Uşaqlar bir həftə xəstəxanada qalacaqlar, onlara hər 48 saatdan bir qan testi ediləcək, həmçinin elektrokardioqramma və exokardioqramma da olacaq.

Hazırda faktla bağlı inzibati araşdırma aparılır və peyvəndi vuran tibb bacısı müvəqqəti olaraq işdən uzaqlaşdırılıb.


Etiketlər:  İki körpəyə pfizer vuruldu uşaqlar xəstəxanalıq oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ